Hamiləlik və doğuş

Keysəriyyə əməliyyatı — ağrısız və izsiz

Keysəriyyə əməliyyatı körpənin ön qarın divarı və uşaqlıq divarının kəsilməsi yolu ilə dünyaya gətirilməsidir. Planlı keysəriyyə adətən hamiləliyin 38–39-cu həftəsində icra olunur və orta hesabla 30–35 dəqiqə çəkir.

Keysəriyyə əməliyyatı körpənin ön qarın divarı və uşaqlıq divarının kəsilməsi yolu ilə dünyaya gətirilməsidir. Planlı keysəriyyə adətən hamiləliyin 38–39-cu həftəsində icra olunur və orta hesabla 30–35 dəqiqə çəkir.

Əməliyyatın gedişi

Əməliyyat günündən 1 həftə əvvəl paket analizlər verilir: qanın geniş müayinəsi, sidik analizi, EKQ və dölün USM-i. Əməliyyat spinal anesteziya (beldən iynə) ilə ağrısız keçir — ana körpəsini doğulan kimi görür. Dəri kosmetik, sorulan saplarla tikilir; iz qalmır, sap özü sovrulur.

Bərpa

Əməliyyatdan sonra 2 gün klinikada qalınır. Zahı qadın ertəsi gün rahat hərəkət edir. Uşaq həkimi körpəni hərtərəfli yoxlayır, peyvənd vurulur. Evdən heç nə gətirməyə ehtiyac yoxdur — hər şey klinikada anaya və körpəyə verilir.

Əlavə imkan

Keysəriyyə ilə eyni vaxtda fartuk (qarnın sallanmış dərisi) əməliyyatı və ya vaginoplastika icra oluna bilər.

Tez-tez verilən suallar

Xeyr, iynənin heç bir təhlükəsi yoxdur, əməliyyat tam ağrısız keçir və ana körpəsini doğulan kimi görür.
Estetik, sorulan tikiş qoyulur — iz qalmır, sap özü sovrulur.
Keysəriyyədən sonra 2 gün, təbii doğuşdan sonra 1 gün klinikada qalınır.

Son yenilənmə: 2026-06-10 · Tibbi məzmunu yoxlayan: Dr. Nigar Qəhrəmanova

Qəbula yazılmaq istəyirsiniz?

Sizi narahat edən sualları yazın — Dr. Nigar Qəhrəmanova sizə ən uyğun müayinə və müalicəni təklif edəcək.