FAQ

Tez-tez verilən suallar

Vaginoplastika, keysəriyyə, sonsuzluq, HPV və qəbul barədə ən çox soruşulan suallar və birbaşa cavablar.

İnformasiya sualları

Vaginoplastika uşaqlıq yolunun daralmasını və bərpasını təmin edən cərrahi əməliyyatdır. Genişlənmiş selikli qişa çıxarılır, ətraf əzələ və toxumalar bərpa olunur, çanaq dibinin anatomiyası yenidən qurulur.
HPV (insan papilloma virusu) cinsi yolla ötürülən və uşaqlıq boynu xərçənginə səbəb ola bilən virusdur. 100-dən çox alt tipi var, ən azı 14-ü onkogendir. Simptomsuz olaraq illərlə bədəndə qala bilər.
Uşaqlıq mioması hormonal asılı xəstəlikdir, əsasən estrogenlə bağlıdır. Risk faktorları genetik meyillilik və hamiləlikdə estrogen artımıdır. Əksər miomalar xoşxassəlidir.
Sonsuzluq cütlüyün bir il qorunmasız müntəzəm cinsi əlaqəyə baxmayaraq hamiləliyin baş verməməsidir. Hər 100 cütlükdən təxminən 15-i bununla üzləşir; səbəb həm qadında, həm kişidə ola bilər.

Prosedur sualları

Xeyr. Əməliyyat spinal və ya ümumi narkoz altında keçir. Sonrası demək olar ki ağrısızdır; ilk 2–3 gün yüngül ağrı ağrıkəsicilərlə idarə olunur. Aralıqda iz, sap və düyün qalmır.
Əməliyyatdan sonra 1 gün klinikada qalınır, 3 gün ərzində normal həyata qayıdılır. 10–15 gün oturmaq olmaz. Cinsi əlaqəyə 40–60 gün sonra icazə verilir.
Planlı keysəriyyə adətən hamiləliyin 38–39-cu həftəsində icra olunur və 30–35 dəqiqə çəkir. Sonra 2 gün klinikada qalınır.
Gardasil 9 həkim təyinatı ilə 3 dozada vurulur: ilk doza, 2 ay sonra ikinci, 4 ay sonra üçüncü. Uşaqlıq boynu xərçəngini profilaktika edir.

Xəstəlik sualları

Kiçik, əlamətsiz miomalar nəzarətdə saxlanıla bilər. Davamlı qanaxma, hemoqlobinin düşməsi və güclü ağrı olduqda cərrahi müalicə lazımdır. Dr. Nigar uşaqlığı qoruyan miomektomiyaya üstünlük verir.
Xeyr. HPV pozitivlik yalnız xərçəng yarada bilən virusun olmasıdır. Vaxtında müayinə və Gardasil 9 peyvəndi ilə virusun təsiri dayandırılır.
Bəli. Laparoskopik dreninq follikulların partlamasını və ovulyasiyanı təmin edir; sonrakı müalicə ilə hamiləlik baş verir.

Lokal suallar

Dr. Nigar Qəhrəmanova Bakıda Məlhəm Hospitalda (Rəsul Rza küçəsi 24, 3-cü mərtəbə) xəstə qəbul edir və ginekoloji əməliyyatlar icra edir. Qəbul: +994 50 517 37 17 (zəng və ya WhatsApp).
Dr. Nigar Qəhrəmanova Gəncə Memorial Hospitalda müntəzəm olaraq (ayda bir dəfə) xəstə qəbulu və ginekoloji əməliyyatlar həyata keçirir. Dəqiq tarix üçün +994 50 517 37 17 ilə əlaqə saxlayın.

Qəbul və əlaqə

Qəbula yazılmaq üçün +994 50 517 37 17 nömrəsinə zəng edə və ya WhatsApp-a yaza bilərsiniz. Sizi narahat edən sualları yazın — qısa müddətdə cavablandırılacaq.
Bütün ginekoloji əməliyyatlardan əvvəl xüsusi paket analiz verilir; cavablar təxminən 40 dəqiqəyə hazır olur və əməliyyat günü vermək mümkündür.

Sualınız siyahıda yoxdur?

WhatsApp-a yazın — Dr. Nigar Qəhrəmanova şəxsən cavablandıracaq.