Bakı və Gəncədə mama-ginekoloq və estetik ginekoloq cərrah
Qadın ginekoloji sağlamlığına elmi və professional yanaşma — hamiləlik və doğuşdan estetik ginekologiyaya, sonsuzluğun müalicəsindən qadın cərrahiyyəsinə qədər.

Qadın sağlamlığının hər mərhələsində
Üç əsas ixtisas sahəsi — hər biri elmi yanaşma və fərdi planla.
Estetik ginekologiya
Vaginoplastika, labioplastika, himenoplastika və sidik qaçırmanın cərrahi müalicəsi — özgüvəni və həyat keyfiyyətini bərpa edir.
ƏtraflıHamiləlik və doğuş
Hamiləliyin 9 ay təqibi, riskli hamiləliyin idarəsi, ağrısız təbii doğuş və estetik keysəriyyə.
ƏtraflıSonsuzluğun müalicəsi
Polikistozdan boru keçməməzliyinə qədər səbəbin müəyyənləşməsi, laparoskopiya və süni mayalanma (IVF).
ƏtraflıMənim üçün ən önəmli prinsip orqanların qorunmasıdır
Uşaqlıq qadın üçün sadəcə bir orqan deyil. Buna görə mioma kimi xəstəliklərdə mümkün olan hər halda histerektomiya əvəzinə miomektomiyaya — yalnız düyünün çıxarılmasına — üstünlük verirəm.
Hər cərrahi müdaxilədən əvvəl tam ginekoloji müayinə və USM aparılır. Xəstənin qorxusunu aradan qaldırmaq, hər addımı izah etmək mənim üçün müalicənin bir hissəsidir.
Haqqımda ətraflıXəstələrin ən çox müraciət etdiyi problemlər
- Doğuşdan sonra vaginal genişlənmə və diskomfort
- Partnyor qarşısında utanc, özgüvən itkisi
- Sidik qaçırma
- Uzun illər övladı olmayan cütlüklər
- Uşaqlıq mioması, kista, polikistoz
- Güclü aybaşı ağrıları və pozğunluq
- HPV pozitivlik, eroziya, xərçəng qorxusu
- Riskli hamiləlik və təkrarlanan düşüklər
Müayinə, müalicə və cərrahiyyə
Vaginoplastika
Doğuşdan və ya yaşdan sonra yaranan vaginal genişlənmənin cərrahi bərpası — ön-arxa kolporafiya.
ƏtraflıLabioplastika
Kiçik və böyük cinsiyyət dodaqlarının estetik formalaşdırılması — genital estetikanın ən çox seçilən əməliyyatı.
ƏtraflıHimenoplastika
Qızlıq pərdəsinin cərrahi bərpası — tam məxfilik və etik yanaşma ilə.
ƏtraflıSidik qaçırmanın cərrahi müalicəsi
Stress sidik qaçırmaya ömürlük son qoyan minimal invaziv uretral slinq əməliyyatı.
ƏtraflıKeysəriyyə əməliyyatı
38–39-cu həftədə planlı, ağrısız keysəriyyə; estetik sorulan tikiş, iz qalmır.
ƏtraflıHamiləliyin təqibi
İlk gündən doğuşa qədər müntəzəm tibbi nəzarət: USM, doppler, skrininq, KTQ.
ƏtraflıSonsuzluğun müayinəsi və müalicəsi
Səbəbin müəyyənləşməsindən IVF-ə qədər — hər iki partnyor müayinə olunur.
ƏtraflıMiomektomiya
Uşaqlığı qoruyaraq yalnız mioma düyününün çıxarılması — reproduktiv funksiya saxlanılır.
ƏtraflıHPV və uşaqlıq boynu xərçəngindən qorunma
PAP smear, HPV genotip, kolposkopiya və Gardasil 9 ilə uşaqlıq boynu xərçənginin qarşısını al.
ƏtraflıƏn çox soruşulanlar
Sağlamlığınızı təxirə salmayın
Bir qərarla başlayan dəyişiklik — qəbula yazılmaq üçün zəng edin və ya WhatsApp-a yazın.