Dr. Nigar Qəhrəmanova
Mama-ginekoloq, estetik ginekoloq cərrah və tibb üzrə fəlsəfə doktoru. Qadın ginekoloji sağlamlığına elmi və professional yanaşma — Bakı və Gəncə.

Dr. Nigar Qəhrəmanova
Mama-ginekoloq · Estetik cərrah
- Tibb üzrə fəlsəfə doktoru
- Sankt-Peterburq Tibb Akademiyası
- Bakı və Gəncə
- AZ · RU · EN dillərində qəbul
Bir arzudan başlayan yol
Hələ uşaq yaşlarımdan həkim olmağı arzulayırdım. Kim məndən "böyüyəndə nə olacaqsan?" deyə soruşsaydı, həmin dəqiqə "həkim olacam, ginekoloq" deyə cavab verirdim. Gecə-gündüz oxudum və nəhayət həkim oldum. Mən min dəfə həyata gəlsəydim, min dəfə də həkim olmağı seçərdim.
Təhsil və elmi formalaşma
Ginekologiya elminin əsaslarını Sankt-Peterburqda öyrəndim. 2003–2010-cu illərdə Sankt-Peterburq Tibb Akademiyasında kliniki ordinatura və aspirantura təhsilimi başa çatdırdım. Laparoskopik cərrahiyyə üzrə dissertasiyanın müəllifi və tibb üzrə fəlsəfə doktoruyam.
Klinik yanaşmam
Mənim üçün ən önəmli prinsip orqanların qorunmasıdır. Mioma kimi xəstəliklərdə mümkün olan hər halda histerektomiya əvəzinə miomektomiyaya üstünlük verirəm — bu, xüsusən hələ ana olmaq istəyən qadınlar üçün həyati əhəmiyyət daşıyır.
Müayinə və diaqnostika prinsiplərim
Hər əməliyyatdan əvvəl xəstəmi tam ginekoloji müayinədən keçirir, USM edir və vəziyyəti kompleks qiymətləndirirəm. Sonsuzluq hallarında müayinəni mütləq hər iki partnyorda aparıram. Düzgün müalicə düzgün diaqnozdan başlayır.
Xəstə ilə kommunikasiyam
İstənilən əməliyyatdan əvvəl xəstə ilə söhbət onların qorxusunu aradan qaldırır; həkimə güvən yaranır. Təqib etdiyim hamiləliklər və dünyaya gətirdiyim körpələr mənə özümünkülər qədər doğmadır.
Peşəkar yol
- 2003–2010. Sankt-Peterburq Tibb Akademiyası — kliniki ordinatura və aspirantura. Ginekologiyada laparoskopik cərrahiyyənin əsasları.
- Dissertasiya. "Yumurtalıqlarda laparoskopik əməliyyatların reproduktiv funksiyaya təsiri" — müəllif, tibb üzrə fəlsəfə doktoru.
- Elmi Tədqiqat İnstitutu. Elmi Tədqiqat Mama-Ginekologiya İnstitutunda uzun illər respublikanın görkəmli ginekoloqları ilə birgə fəaliyyət.
- 2016. German Hospital — doğuş və keysəriyyə əməliyyatları.
- Bu gün. Məlhəm Hospital (Bakı) və Gəncə Memorial Hospital — müayinə, doğuş və ginekoloji cərrahiyyə.
Media və maarifləndirmə
Qadın sağlamlığı mövzularında ictimai maarifləndirməyə önəm verirəm — Dünya TV-nin "Sağlam yaşa" verilişində "Reproduktiv sağlamlıq və Sonsuzluq" mövzusunda və MTV-nin "İş Tapdıq" verilişində çıxış etmişəm.
Son yenilənmə: 2026-06-10 · Tibbi məzmunu yoxlayan: Dr. Nigar Qəhrəmanova
Birlikdə doğru qərar verək
Sizi narahat edən hər sual üçün buradayam. Qəbula yazılmaq üçün əlaqə saxlayın.